Azərbaycan mülki aviasiyasının uçuş heyətinin ənənəvi ümumi iclası keçirilmişdir

Sentyabrın 28-də Azərbaycan mülki aviasiyasının uçuş heyətinin ənənəvi ümumi iclası keçirilmişdir.

İclası "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov açmış və möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqət və qayğısını bir daha vurğulayaraq, dövlət başçısının pilot Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamını oxumuşdur.

İclas bir qrup hava gəmiləri komandirlərinin təqaüdə yola salınması mərasimi ilə davam etmişdir. Cahangir Əsgərov onlara yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirmişdir. Sonra qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Ənənəyə uyğun olaraq Cahangir Əsgərov iştirakçılara Ümummilli lider Heydər Əliyevin “Azərbaycan mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini sitat gətirərək, iclasın əsas gündəliyini müzakirəyə çıxarmışdır.  "Azərbaycan Hava Yolları" QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov uçuşların təhlükəsizliyi məsələləri üzrə məruzə ilə çıxış etmişdir. Daha sonra müzakirələrdə komando-təlimatçı heyət iştirak etmişdir.

İclasda həmçinin uçuşların təhlükəsizliyinin gücləndirilməsi, müasir hava gəmilərinin istismarı, yeni texnologiyaların tətbiqi, heyətin ixtisas səviyyəsinin artırılması və digər məsələlər müzakirə olunmuşdur.

Son xəbərlər

04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı
31 May 2018

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Ətraflı