Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin dövriyyəsini xeyli artırmışdır

09 iyun 2017-ci il, Bakı –  2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında 315 min sərnişinə xidmət göstərilmişdir.

 

Həmçinin Azərbaycanda “Bakı-2017 - IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərmişdir. Azərbaycan mülki aviasiyasının bütün qurumları "İslam Oyunları" dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmişdir.

 

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşmüşdür ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınmışdır.

 

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Hava limanının beynəlxalq daşımaların 48,3 faizi "Azərbaycan Hava Yolları"nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

 

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

                                                                                           

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti

Son xəbərlər

19 Apr 2018

AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır

Ətraflı
13 Apr 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin birinci rübü ərzində təxminən 900 min sərnişinə xidmət göstərmişdir

Ətraflı
03 Apr 2018

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır

Ətraflı
27 Mar 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilmişdir

Ətraflı
12 Mar 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ilk iki ayı ərzində yarım milyonu ötüb

Ətraflı
07 Mar 2018

"Azəraeronaviqasiya" və IATA bir sıra mühüm sahələrdə əməkdaşlıq edəcək

Ətraflı