“BUTA AIRWAYS” aviaşirkətinin livreyası və loqotipi təsdiq olunmuşdur

2 iyun 2017-ci il, Bakı - Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”-in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunmuşdur.

“BUTA AIRWAYS”-in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.

Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“BUTA AIRWAYS” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunmuşdur. 

“BUTA AIRWAYS”-in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.

Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq.  Eyni zamanda aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı
11 İyn 2019

“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

Ətraflı
30 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləmişdir - FOTO, VİDEO

Ətraflı
21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı