Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilmişdir

Mayın 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"-nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan geniş miqyaslı aksiyasının birinci mərhələsi həyata keçirilmişdir.

Ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılmışdır.

Pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla "Azərbaycan Hava Yolları" QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyasına qoşulmuşdur.

"Azərbaycan Hava Yolları" tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir.

Biz bir daha diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldirik.

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

01 İyl 2020

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

Ətraflı
01 İyl 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı
26 İyn 2020

AZAL-ın saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanmışdır

Ətraflı
19 İyn 2020

AZAL: təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir

Ətraflı
19 İyn 2020

İyunun 20-də AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək.

Ətraflı
18 İyn 2020

AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir (FOTO, VİDEO)

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.