AZAL Dubaya yeni aksiya çərçivəsində uşaqlar üçün 90%-lik endirim təklif edir

4 may 2017-ci il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya olan uçuşlara yeni aksiya barədə elan edir.

Hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək  olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər.

Bundan əlavə, Dubaya axşam reyslərinə (J2-015/J2-016/115/116) mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.

Sərnişinlər hər iki aksiyanın üstünlüklərindən eyni vaxtda istifadə edə bilərlər.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti
yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı
26 Apr 2019

AZAL və “Buta Airways”in reysləri mayın 29 və 30-u tarixlərində dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Ətraflı
25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı