AZAL-dan aviabilet al – ağac ək!

3 may 2017-ci il, Bakı "Azərbaycan Hava Yolları" Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihənin başlaması barədə elan edir. 

2017-ci il mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək.

Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək.

"Azərbaycan Hava Yolları" bir daha bu aksiya ilə diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı
19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı