AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir

16 mart 2017-ci il, Bakı "Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.

Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq (vergi və rüsumlar da daxil olmaqla aviabiletin tam qiyməti göstərilmişdir):

Bakı – Nyu-York – Bakı – 599 EUR     

Bakı – Milan – Bakı – 299 EUR

Bakı – Paris – Bakı – 299 EUR

Bakı – Praqa – Bakı – 299 EUR

Bakı – Berlin – Bakı – 299 EUR

Bakı – Dubay – Bakı – 199 EUR

 

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 16 – 31 mart 2017-ci il

Uçuş dövrü: 1 aprel – 6 may 2017-ci il

Endirimli aviabiletlərinin sayı məhduddur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı
08 Yan 2019

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Ətraflı
26 Dek 2018

2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

Ətraflı
14 Dek 2018

“Azərbaycan Hava Yolları”nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı