AZALJET Azərbaycanın regionlarından Moskvaya uçuşlara başlayır

15 mart 2017-ci il, Bakı – Martın 15-dən etibarən "Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi AZALJET Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

İlk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" hava limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" hava limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı
31 May 2018

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Ətraflı