Heydər Əliyev Beynəlxalq Hava Limanı postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülmüşdür

15 mart, 2017-ci il, Bakı – Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülmüşdür.

Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.

Mükafatın təntənəli təqdim olunması mərasimi martın 14-də Amsterdamda keçirilmişdir.

"The World Airport Awards" mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur. Skytrax tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil, və buna görə də, hava limanının mükəmməlik və keyfiyyəti üzrə obyektiv göstəricidir.

2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir. Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilmişdir.

Onu da qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı Skytrax-ın nüfuzlu "4 ulduz" reytinqinə layiq görülmüşdür və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut etmişdir. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülmüşdür.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti

Son xəbərlər

23 Apr 2018

"Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır

Ətraflı
19 Apr 2018

AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır

Ətraflı
13 Apr 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin birinci rübü ərzində təxminən 900 min sərnişinə xidmət göstərmişdir

Ətraflı
03 Apr 2018

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır

Ətraflı
27 Mar 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilmişdir

Ətraflı
12 Mar 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ilk iki ayı ərzində yarım milyonu ötüb

Ətraflı