AZAL-dan qış aksiyası: Aviabiletlərə 20%-lik endirim

16 yanvar 2017-ci il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) məşhur turizm istiqamətlərinə yeni Qış Aksiyası barədə elan edir.

Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 15 yanvar tarixindən 28 fevral 2017-ci il tarixinə kimi gediş-dönüş ekonom sinfi aviabileti alarkən 20%-dək endirim tətbiq olunacaq:  London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Dubay və Nyu-York. Uçuş tarixi: 16 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı
09 Okt 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının hərəkətinin idarəedilməsi mərkəzi yaradılır

Ətraflı
03 Okt 2019

ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

Ətraflı
19 Sen 2019

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Ətraflı