Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 2016-cı ildə rekord göstəriciyə çatmışdır

6 yanvar 2017-ci il, Bakı - Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşmüşdür. 2016-ci ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirmişdir. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşmüşdür. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olmuşdur.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik etmişdir - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil etmişdir.

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara  başlamışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti 

Son xəbərlər

12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı
23 Okt 2019

AZAL “Payız endirimləri” adlı aksiya elan edir

Ətraflı
14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı