AZAL Yeni il aksiyası çərçivəsində 20 faizədək endirim elan edir

15 dekabr 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Yeni il ərəfəsində yeni aksiya barədə elan edir.

Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə  uçuşlara 15 dekabr 2016-cı il tarixindən 15 yanvar 2017-ci il tarixinə kimi gediş-dönüş aviabileti alarkən 20 faizədək endirim tətbiq olunacaq:  London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Pekin, Dubay və Nyu-York. Uçuş tarixləri: 15 yanvar- 15 mart 2017-ci il.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı
08 Yan 2019

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Ətraflı
26 Dek 2018

2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

Ətraflı
14 Dek 2018

“Azərbaycan Hava Yolları”nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı