2016-cı ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 3 milyon sərnişinə xidmət göstərmişdir

7 dekabr 2016-cı il, Bakı – Bu ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.

Ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 milyon sərnişinə xidmət göstərmişdir. 1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük vermişdir ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları"-nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınmışdır. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16 faizini və ya AZAL-ın sərnişin daşımalarının 27 faizini təşkil edir.                            

Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınmışdır.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olmuşdur. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınmışdır.

2016-cı ildə "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo", "Mahan Air", "Komaviatrans" aviaşirkətləri və Rusiyanın "Pobeda" lou-kosteri Azərbaycana uçuşlara  başlamışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti 

Son xəbərlər

19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı
12 Noy 2018

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

Ətraflı
09 Noy 2018

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb

Ətraflı
06 Noy 2018

AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər

Ətraflı
29 Okt 2018

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Ətraflı
26 Okt 2018

Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

Ətraflı