AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır

29 noyabr 2016-cı il, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moskvaya, "Vnukovo" Hava Limanına müntəzəm reyslərin sayını artırır. Bundan sonra 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək.

Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov noyabrın 29-da Moskvada imzalamışdırlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla səhər saat 08:00-da və 16:30-da, Moskvaya eniş - saat 10:10-da və 18:40-da. "Vnukovo" Hava Limanından uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da.

Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi altında komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

 

 

Son xəbərlər

12 Noy 2018

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

Ətraflı
09 Noy 2018

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb

Ətraflı
06 Noy 2018

AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər

Ətraflı
29 Okt 2018

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Ətraflı
26 Okt 2018

Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

Ətraflı
19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı