AZAL Londona müntəzəm reyslərin sayını artırır

11 oktyabr 2016-cı il, Bakı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar  Bakıdan Londona müntəzəm reyslərin sayını artırır. Hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.

Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona gəlmə saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya gəlmə isə saat 07:35-də olacaq.

Qeyd edək ki, Londona reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsində həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme   istinadı üzrə əldə etmək olar.

Hələ də proqramın iştirakçısı olmayanlar üçün  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az istinadı üzrə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlətin əldə edilməsi məsələləri üzrə və ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə müraciət etmək lazımdır:

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti 

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.