AZAL Miles proqramının Gold və Platinum statuslu iştirakçıları əlavə üstünlüklər əldə etmişdirlər

29 sentyabr 2016-cı il, Bakı – Artıq AZAL Miles bonus proqramının Gold və ya Platinum statuslu bütün iştirakçıları ailəsinin iki üzvü - bir böyük və 16 yaşına çatmayan uşaqla birgə Business Class Lounge gözləmə zallarından istifadə edə biləcəklər.

Bunun üçün əvvəlki kimi iştirakçı kartını, həmçinin minik talonunu təqdim etmək lazımdır.

Bu qayda Azərbaycanın hava limanlarında "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq reyslərinə şamil edilir.

Qeyd edək ki, bundan öncə Business Class Lounge gözləmə zallarına girişdən bilavasitə yalnız Gold/Platinum kartının sahibinin özü yararlana bilərdi.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: 

http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı
19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı
11 İyn 2019

“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

Ətraflı
30 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləmişdir - FOTO, VİDEO

Ətraflı
21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı