"Azərbaycan Hava Yolları" İOSA auditini uğurla keçmişdir

21 sentyabr, 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu keçmişdir.

Bu audit AZAL aviaşirkətini bir daha  mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı kimi təsdiqləmişdir.

İOSA (IATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz məcburi standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulmuşdur. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

"Aviaşirkətimizdə təhlükəsizlik məsələsi hər zaman ən prioritet məsələlər sırasında olmuşdur. "Azərbaycan Hava Yolları" artıq beşinci dəfədir ki, İOSA auditini uğurla keçir və bu bir daha təsdiq edir ki, bizim standartlar bütün beynəlxalq tələblərə uyğundur", deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" 1993-cü ildən IATA-nın üzvüdür.

2015-ci ilin iyun ayında aviasiya daşımaları sahəsində dünyanın ən nüfuzlu reytinq şirkəti olan Skytrax konsaltinq şirkəti AZAL-ı nüfuzlu dörd ulduz reytinqi - The World's 4-STAR Airline reytinqinə layiq görmüşdür.

IOSA.jpg

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı
19 Okt 2018

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar

Ətraflı
11 Okt 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
10 Okt 2018

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilmişdir

Ətraflı
09 Okt 2018

AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

Ətraflı
27 Sen 2018

AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır

Ətraflı