AZAL yeni payız aksiyası çərçivəsində 20 faiz endirim elan edir

31 avqust 2016-cı il, Bakı –"Azərbaycan Hava Yolları" (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasının başlaması barədə elan edir.

                                                                                               

Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 2016-cı il sentyabrın 5-dən 30-a kimi hər iki istiqamətə aviabilet alarkən 20 faiz endirim tətbiq ediləcək: London, Milan, Berlin, Paris, Praqa və Nyu-York. Uçuş dövrü: 15 sentyabr - 10 dekabr, 2016-cı il. Bundan başqa, Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20 faiz endirim tətbiq edilir.

                                                          

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı
24 Yan 2019

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

Ətraflı
21 Yan 2019

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Ətraflı
17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı
08 Yan 2019

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Ətraflı