Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilmişdir

29 avqust 2016-cı il, Bakı – Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilmişdir. Tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak etmişdir.

 

Spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-76 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə etmişdirlər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilmişdirlər.

 

Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər Airbus A340-500 təyyarəsinin  sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə bilmişdirlər.

 

Aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

 

Tədbirdən qısa video reportaj ilə "Azərbaycan Hava Yolları"-nın rəsmi Facebook səhifəsində tanış olmaq olar: https://www.facebook.com/azalqsc/posts/1122641691161414

 

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

 

Son xəbərlər

17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı
08 Yan 2019

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Ətraflı
26 Dek 2018

2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

Ətraflı
14 Dek 2018

“Azərbaycan Hava Yolları”nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı