Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb

5 avqust 2016, Bakı – Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

Ümumilikdə, 2016-cı ilin ötən yeddi ayı ərzində Bakı hava limanı 1,69 milyon sərnişinə xidmət göstərib. Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 milyon ton yük daşınıb ki, bunun da 88 %-i yüklərin, 12 %-i isə poçt göndərişlərinin payına düşür.  

Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. “Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 min sərnişin istifadə edib (2015-ci il illə müqayisədə 8 % artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.       

Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı
24 Yan 2019

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

Ətraflı
21 Yan 2019

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Ətraflı
17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı