AZAL Azərbaycanın Olimpiya komandasının Rio-de-Janeyroda Olimpiya oyunlarına çatdırılmasını təmin edir (FOTO)

2 avqust 2016-cı il, Bakı – Ötən gecə AZAL-ın xüsusi J2-5102 çarter reysi ilə Azərbaycanın Olimpiya komandası Rio-de-Janeyroya yola düşüb.

İdmançıları aparan təyyarə saat 01:00-da Heydər Əliyev adına Beynəlxalq Hava limanından havaya qalxıb və yerli vaxtla bu gün saat 12:00-da Rio-de-Janeyro hava limanına enməsi gözlənilir. İdmançıların avqustun 23-ü Bakı vaxtilə saat 12:20-də Vətənə qayıtmaları planlaşdırılır.

AZAL Azərbaycan komandasının Rio-de-Janeyroya aparılması üçün geniş imkanlara malik Airbus A340 təyyarəsi ayırıb. Komanda üzvlərinin, məşqçilərin və inzibati heyətin rahat uçuşu üçün hava gəmisində hər cür şərait yaradılıb. Həmin reyslə həmçinin Rio-de-Janeyroya lazımi idman və tibbi invertar da çatdırılacaq.

Azərbaycan Hava Yolları artıq birinci il deyil ki, Milli Olimpiya komandasının Olimpiya oyunlarına çatdırılması ilə bağlı xidmət göstərir. Bundan əlavə, milli aviadaşıyıcı bu il Azərbaycanın Paralimpiya komandasının da baş sponsoru olub.

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları avqustun 5-dən 21-ə, Paralimpiya Oyunları isə bu il sentyabrın 7-dən 18-ə dək keçiriləcək.

 

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.