AZAL və “Ural Hava Yolları” Qəbələ-Moskva aviareysinin kod-şerinqi barədə razılığa gəlmişdir

 

22 iyul 2016-cı il, Bakı - İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

Birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.

"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də. Qəbələdən uçuş - saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də.

Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: 

 

 (+994 12) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı
23 Okt 2019

AZAL “Payız endirimləri” adlı aksiya elan edir

Ətraflı
14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı