Azərbaycan nümayəndə heyəti "Farnborough Airshow - 2016" aviasalonu çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə etmişdir

13 iyul 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak etmişdir.

 

Tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparmışdır.

 

"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunmuşdur. Eyni zamanda görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilmişdir.

 

Həmin gün "Ukrayna aviatikinti şirkəti" Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda Аn-178 nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilmişdir.

 

Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov  arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılmışdır. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni МС-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışdırlar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulmuşdur.

 

Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan Аn-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanmışdır. Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin Prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov  imzalamışdır.

 

"Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk", - Cahangir Əsgərov bildirmişdir.

 

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.