AZAL-ın Bakıdan uçan sərnişinlərinin nəzərinə! - VACİB MƏLUMAT

4 iyul 2016-cı il, Bakı – Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyyə edir.

Bundan başqa, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının  (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq: (+99412) 598-88-80 və ya *8880, və yaxud da callcenter@azal.az e-mailinə yazmağınız xahiş olunur. Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə aşağıdakı telefon nömrəsi vasitəsilə zəng edərək müəyyənləşdirmək mümkündür : (+99412) 497-27-27, və yaxud da aşağıdakı linkdə faylı yükləmək mümkündür :

https://www.azal.az/upload/pdf/Summer_Timetable_AZAL_AZALJET_AZ.pdf

 

"Azərbaycan Hava Yolları"-nın mətbuat xidməti

Son xəbərlər

12 Noy 2018

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

Ətraflı
09 Noy 2018

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb

Ətraflı
06 Noy 2018

AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər

Ətraflı
29 Okt 2018

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Ətraflı
26 Okt 2018

Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

Ətraflı
19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı