Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakıda "Formula 1" müddətində 118 mindən çox sərnişinə xidmət göstərmişdir

24 iyun 2016-cı il, Bakı – İyunun 10-dan 22-dək Bakıda "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərmişdir.

Gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olmuşdur. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilmişdir.

Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilmişdir.

“Formula 1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olmuşdur. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlmişdir.

Yarış müddətində Silk Way West Airlines, Cargolux və Nippon Cargo Airlines yük aviaşirkətləri bolid və digər “Formula 1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirmişdir. Yükdaşımalarının dövriyyəsi 1.6 milyon kiloqramdan artıq təşkil etmişdir.

Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri  - "Formula 1" Avropa Qran-Pri yarışı uğurla başa çatmışdır. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı
19 Apr 2019

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir

Ətraflı
19 Apr 2019

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirmişdir

Ətraflı
18 Apr 2019

AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Ətraflı
15 Apr 2019

Azərbaycanın milli aviadaşıyıcısı Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etmişdir

Ətraflı
12 Apr 2019

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür

Ətraflı