"Azərbaycan Hava Yolları" ilk rəsmi spottinqi elan edir

23 iyun 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi spottinq-tədbiri barədə elan edir.

Rəsmi spottinq iyulun 1 və 2-də keçiriləcək.

Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. foto-yaddaşa almaq üçün unikal imkan yaradılacaq.                                                                                        

Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

İştirak üçün ərizələr iyunun 23-dən 29-dək pr@azal.az e-mail ünvanına qəbul edilir.  Məktubun mövzu hissəsində  "Spottinq üçün ərizə", mətndə isə - adı, soyadı və ata adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlığın siyahısını qeyd etmək lazımdır. Həmçinin fotoşəkillərinizin dərc ediləcəyi veb sayt və ya sosial şəbəkələrdə səhifələri (əgər varsa) göstərmək arzuolunandır .

Tədbirin keçirilmə tarixi:

•          1 iyul, cümə - peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq.

•          2 iyul, şənbə - foto və aviasiya həvəskarları üçün spottinq.

İştirakçıların minimum yaş həddi - 18 yaş.

Diqqətinizə çatdırırıq ki, iştirakçıların hər qrupunda yerlərin sayı məhduddur, bu məqsədlə ərizəni maksimum operativ və yuxarıda sadaladığımız tələblərə uyğun göndərmək lazımdır. Spottinqdə iştirakın təsdiqi kimi "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.

Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”-nın rəsmi Facebook səhifəsinə müraciət etmək olar: www.facebook.com/azalqsc

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Mar 2019

Aprelin 7-dən etibarən AZAL-ın İstanbul istiqamətində olan bütün reysləri yeni hava limanına həyata keçiriləcək

Ətraflı
13 Mar 2019

World ATM Congress 2019 çərçivəsində AZANS və EUROCONTROL arasında görüş keçirildi

Ətraflı
12 Mar 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək

Ətraflı
12 Mar 2019

Cahangir Əsgərov: Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır

Ətraflı
19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı