AZALJET-in Bakı və Sankt-Peterburq arasındakı reyslərində ikiqat millər

24 may 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Sankt-Peterburqa və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir.

 

Sözügedən marşrut üzrə uçuşlara iyunun 1-dən avqustun 1-dək aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Yay "Şimali Palmiraya" - Sankt-Peterburqu bəzən belə adlandırılar - səyahət etmək üçün ilin ən yaxşı vaxtı hesab olunur. İyunun əvvəllərində, "bəyaz gecələr" mövsümündə o, daha əzəmətli görünür. Bu dövr mədəni hadisələr və maraqlı turistik proqramlarla zəngin olan bir dövrdür. Məhz iyunda Rusiyanın "Şimal Paytaxtında" əfsanəvi Deep Purple hard-rok qrupunun solo konserti gözlənilir.

 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80;

 

*8880.

 

E-mail: callcenter@azal.az

 

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

16 May 2018

Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olmuşdur

Ətraflı
14 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı
11 May 2018

“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq etmişdir

Ətraflı
07 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunmuşdur

Ətraflı
30 Apr 2018

AZAL-ın saytında Bakı-Tivat reyslərinə aviabiletlər satışa buraxılmışdır

Ətraflı
23 Apr 2018

"Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır

Ətraflı