AZAL və AZALJET reyslərində bir sıra mühüm yeniliklər tətbiq ediləcək

22 aprel 2016-cı il, BakıMayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək.

 

AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq.

Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq.

Həmçinin, mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

"AZALJET aviareyslərində  pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha çox rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilmişdir. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.

AZALJET tariflərinin qaydaları yalnız yuxarıda qeyd olunduğu kimi çəkisi 10 kq-dək artırılan əl yükünün daşınmasına icazə verir. Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

Həmçinin qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək və buraya tam çeşidli  bort qidalanması və baqajın pulsuz daşınması daxil olacaq.                  

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598-88-80

*8880

e-mail:   callcenter@azal.az

 

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı
26 Apr 2019

AZAL və “Buta Airways”in reysləri mayın 29 və 30-u tarixlərində dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Ətraflı
25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı