AZAL daxili marşrutlar üzrə yenilənmiş uçuş cədvəlini təqdim edir

19 aprel, 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli barədə elan edir.

 

Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunmuşdur.

Sözügedən marşrutlar üzrə reyslər komfortlu Embraer E-170/E-190 laynerləri ilə yerinə yetirilir.

 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 

(+99412) 598-88-80;

*8880.

e-mail: callcenter@azal.az

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı
31 May 2018

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Ətraflı
25 May 2018

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ətraflı