AZAL-ın Bakı və Milan arasındakı reyslərində yeni aksiya

12 aprel 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) artıq aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verdiyi barədə elan edir.

Aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Uçuşların müddəti: 15 aprel - 7 iyun, 2016-cı il.

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

 

Bundan əlavə, aksiya dövründə Milana uçan AZAL Miles proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

 

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

 

Biletləri  AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 

 (+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti 

Son xəbərlər

21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı
26 Apr 2019

AZAL və “Buta Airways”in reysləri mayın 29 və 30-u tarixlərində dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Ətraflı
25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı