"Azərbaycan Hava Yolları" Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır

11 aprel 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlaması barədə elan edir.

 

Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Gəncə Beynəlxalq Hava Limanından uçuş - saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş - saat 14:25-də. Naxçıvandan uçuş saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş - saat 16:40-da.

 

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycan Respublikasının Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin etmişdir.                                                       

Aviareyslər komfortlu Embraer E-190 laynerləri ilə həyata keçiriləcək.     

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 

 (+994 12) 598-88-80;

*8880.

e-mail: callcenter@azal.az

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

15 Avq 2018

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
23 İyl 2018

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Ətraflı
17 İyl 2018

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülmüşdür

Ətraflı
04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı