"Azərbaycan Hava Yolları" Tour A Vent turizm şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlmişdir

7 aprel 2016-cı il, Bakı – Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan Tour A Vent şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə etmişdir.

 

Müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.

 

Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırmışdırlar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.

 

 "Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

 

"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. “Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", Tour A Vent şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirmişdir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

13 Mar 2019

World ATM Congress 2019 çərçivəsində AZANS və EUROCONTROL arasında görüş keçirildi

Ətraflı
12 Mar 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək

Ətraflı
12 Mar 2019

Cahangir Əsgərov: Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır

Ətraflı
19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı
24 Yan 2019

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

Ətraflı