AZAL 9 May münasibəti ilə keçirilən aksiya çərçivəsində veteranlara pulsuz aviabilet təqdim edəcək

31 mart 2016-cı il, Bakı –  "Azərbaycan Hava Yolları" (AZAL) 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyanın başlanması barədə elan edir.                         

Aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları AZAL-ın marşrut şəbəkəsinin  istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər. Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulmuşdur.                                          

Aksiya çərçivəsində aviabiletlərin rəsmiləşdirilməsinə 11 aprel tarixindən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dəkdir. Geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır.            

"İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidməti vardır. Biz bu Qələbəni bizə hədiyyə edənlərə böyük hörmətlə yanaşırıq. Azərbaycanın milli aviadaşıyıcısı üçün veteranlara uçuşlar yerinə yetirdiyimiz istənilən şəhərdə  olmaq imkanı yaratmaq böyük şərəfdir", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

Veteranlar aviabiletləri AZAL-ın kassalarında, həmçinin aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Bu aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.

Aksiya şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80; *8880

E-mail: callcenter@azal.az

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı
19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı