AZAL-dan yeni aksiya: Berlin və Paris aviareyslərində ikiqat millər

30 mart 2016-cı il, Bakı –"Azərbaycan Hava Yolları" (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.

Aprelin 1-dən 1 iyun 2016-cı il tarixinədək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də. Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:35-də.

Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də.

Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu Airbus A320 və A319 laynerləri ilə həyata keçirilir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir:https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:

http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı
31 May 2018

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Ətraflı
25 May 2018

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ətraflı