Yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar olaraq AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq

17 mart 2016-cı il, Bakı - Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

 

Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq  və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdəgöstərilən vaxtdan bir saat tez uçacaq.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.

 

Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və yacallcenter@azal.az e-mailinə yazmaq xahiş olunur.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı
09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.