AZAL -ın yeni "1 + 1" aksiyası - bir aviabilet al, ikincini pulsuz əldə et

11 mart 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.

 

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 18 - 27 mart, 2016-cı il

Uçuşların müddəti : 1 aprel - 31 may, 2016-cı il

 

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. 

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 

(+99412) 598-88-80

*8880

e-mail:   callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

16 May 2018

Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olmuşdur

Ətraflı
14 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı
11 May 2018

“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq etmişdir

Ətraflı
07 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunmuşdur

Ətraflı
30 Apr 2018

AZAL-ın saytında Bakı-Tivat reyslərinə aviabiletlər satışa buraxılmışdır

Ətraflı
23 Apr 2018

"Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır

Ətraflı