AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx yayımlanacaq

25 fevral 2016-cı il, Bakı - 26 fevral, Xocalı soyqırımının 24-cü ildönümündə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.

Aksiya Trend Beynəlxalq İnformasiya Agentliyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.

Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli açıqlamasında bildirib ki, belə bir aksiyanın məqsədi “Azərbaycan Hava Yolları”na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

O “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı
19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı
11 İyn 2019

“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

Ətraflı
30 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləmişdir - FOTO, VİDEO

Ətraflı
21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı