Azərbaycan Hava Yolları və Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

10 fevral 2016-cı il, Bakı - Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalamışdır.

 

Əməkdaşlıq “Azərbaycan Hava Yolları”-nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.

 

2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

 

“Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

 

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov  qeyd etmişdir: “Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. “Azərbaycan Hava Yolları”-nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcəkdir.

 

Paralimpiya oyunları fiziki imkanları məhdud insanlar üçün beynəlxalq idman yarışlarıdır. Ənənəvi olaraq yarışlar Olimpiya oyunlarından sonra keçirilir. Yay paralimpiya oyunları 1960-cı ildən, qış paralimpiya oyunları isə 1976-cı ildən etibarən keçirilir.

 

Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılmışdır. Komitə 19 paralimpiya idmanı növündən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək 2020 Paralimpiadasına kimi bu idman növlərinə daha 2-si əlavə ediləcək.

 

 

“Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Milli Paralimpiya Komitəsinin

 mətbuat xidməti

Son xəbərlər

21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı
26 Apr 2019

AZAL və “Buta Airways”in reysləri mayın 29 və 30-u tarixlərində dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Ətraflı
25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı