Moskvadan Bakıya “Azərbaycan Hava Yolları” ilə cəmi 69 avroya

9 fevral 2016-cı il, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.

 

“Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

 

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.

 

Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

 

Moskvada: +7 (495) 660-17-77

 

Bakıda: (+99412) 598-88-80; *8880

 

e-mail: callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Sen 2018

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Ətraflı
21 Sen 2018

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşmüşdür

Ətraflı
18 Sen 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Ətraflı
17 Sen 2018

AZAL Cenevrəyə reysləri bərpa edir

Ətraflı
14 Sen 2018

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
13 Sen 2018

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

Ətraflı