Xarici aviaşirkətlər Azərbaycan regionlarına yeni aşağı büdcəli reyslər aça bilər

8 fevral 2016-cı il, Bakı - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

 

Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. 

 

Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər.

 

Bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirmişdir. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan etmişdirlər.

 

Həmçinin bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilmişdir. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirmişdirlər.

 

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul - Naxçıvan, İstanbul - Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva - Naxçıvan) və “Ural Hava Yolları” (Moskva - Gəncə, Moskva - Lənkəran, Moskva - Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

 

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən bizim regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildirmişlər.

                                                            

“Biz uçuşların coğrafiyasını genişləndirmək və Azərbaycana turistləri cəlb etmək məqsədi ilə bundan sonra da digər ölkələrin aviaşirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Biz Azərbaycana yeni marşrutların açılmasını planlaşdıran hər bir aviaşirkət ilə fərdi qaydada danışıqların aparılmasını planlaşdırırıq və tərəfimizdən ilkin mərhələdə regional hava limanlarında xidmət üzrə əlavə güzəştlərin verilməsini nəzərdən keçirməyə hazırıq”, - “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov bildirmişdir.

 

Hazırda Azərbaycanda beynəlxalq statusu malik və mülki aviasiya sahəsində bütün müasir tələblərə cavab verən 6 hava limanı (Bakıda, Naxçıvanda, Gəncədə, Qəbələdə, Lənkəranda və Zaqatalada) fəaliyyət göstərir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Sen 2019

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

Ətraflı
06 Sen 2019

Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilmişdir

Ətraflı
09 Avq 2019

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilmişdir

Ətraflı
02 Avq 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisinin gedişi ilə tanış olmuşlar

Ətraflı
09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı