Berlin şəhərinə uçuşların başlanması barədə

Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti məlumat verir ki, 2 may 2015-ci il tarixdən Bakıdan Berlinə müntəzəm reyslərin yerinə yetirilməsinə, cari il yanvarın 21-dən isə həmin istiqamətdə uçuşlar üçün aviabiletlərin satışına başlanılır. 

Almaniya paytaxtının Tegel hava limanına (TXL) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək, Bakıdan uçuş yerli vaxtla saat 07.25-də, Berlində enmə isə yerli vaxtla saat 09.25-də nəzərdə tutulmuşdur. Berlindən geri istiqamətdə uçuşlar  həftənin eyni günlərində saat 10.45-də həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə saat 18.40-da baş tutacaqdır.

Berlinə müntəzəm reyslərin açılması “Azərbaycan Hava Yolları”nın inamlı inkişafının və Avropaya uçuşların marşrut şəbəkəsinin genişləndirilməsinin növbəti  bariz nümunəsidir.

Almaniyanın paytaxtı Berlin şəhəri yüksək yaşayış tempinə malik olan, keçmişin müasir dövrlə ahəngdar şəkildə uzlaşdığı iri Avropa meqapolisidir.

Berlinə birbaşa reyslər açaraq “AZAL” Azərbaycanın işgüşar mühitinin nümayəndələrinə və turistlərə Almaniyaya səfər etmək üçün gözəl imkan yaradır, həmçinin əminliklə bildirir ki, bu uçuşlar Almaniyanın işgüzar şəxsləri və turistlərinin də tələbatını ödəyəcəkdir.    

Berlinə uçuş cədvəli Qırğızıstan, İran, Qazaxıstan və Gürcüstandan  Almaniya paytaxtına səyahət edən sərnişinlər üçün də rahat reys uzlaşması  təqdim edir.

Beləliklə, “AZAL” Aviaşirkəti bütün kateqoriyadan olan sərnişinlərin tələbatını ödəməyə çalışır və yeni marşrut üzrə hava səyahətinə dəvət edir!

Son xəbərlər

25 Sen 2018

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Ətraflı
21 Sen 2018

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşmüşdür

Ətraflı
18 Sen 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Ətraflı
17 Sen 2018

AZAL Cenevrəyə reysləri bərpa edir

Ətraflı
14 Sen 2018

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
13 Sen 2018

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

Ətraflı