AZAL yeni xidmət sinifi tətbiq edir

Azərbaycanın milli aviadaşıyıcısı – “AZAL” aviaşirkəti növbəti dəfə hava gəmilərində xidmət keyfiyyətini yüksəltmək təşəbbüsünü  nümayiş etdirir.

01 mart 2015-ci il tarixdən etibarən aviaşirkətin Bakı – Nyu-York – Bakı marşrutu üzrə müntəzəm reyslərində yeni xidmət sinfi – “ekonom premium” tətbiq ediləcək. Tezliklə “AZAL”ın Nyu-York reyslərinin sərnişinləri uçuş zamanı daha rahat şəraitdən, daha artıq qayğı və diqqətdən zövq ala biləcəklər.

Bütün bunları səyahətçilər hava limanlarında qeydiyyat prosesindən başlayaraq hiss edə biləcəklər. “Premium sinifi”  xidmət sinfinin sərnişinləri üçün qeydiyyat ayrıca qeydiyyat masasında həyata keçiriləcəkdir.

“AZAL” aviaşirkəti tərəfindən Nyu-Yorka uçuşlar üçün istismar olunan “А-340” hava gəmisində “Premium sinifi” sinfinin sərnişinləri ayrıca salonda, rahatlığına görə “biznes sinif” salonundakı oturacaqlardan fərqlənməyən rahat oturacaqlarda yerləşdiriləcəklər.

“Biznes sinif” salonu ilə bənzərlik bununla məhdudlaşmır və bütün uçuş mərhələlərində xidmət prosesində bu üstünlükləri görmək mümkündür. Belə ki, təyyarə havaya qalxmazdan əvvəl diqqətli və qayğıkeş təyyarə bələdçiləri “ekonom premium” salonunda arzu edən bütün sərnişinlərə rahat pled və balışlar, azyaşlı səyahətçilərə isə əlavə olaraq xüsusi rahat baş altlıqları təqdim edəcəklər.

Təyyarə havaya qalxdıqdan sonra və bütün uçuş boyu “ekonom premium” sərnişinlərinə fərdi xidmət göstəriləcək, onlara çini qablarda müxtəlif çeşidli yeməklər təqdim olunacaqdır.

“AZAL” aviaşirkəti yeni xidmət sinfinin Bakı – Nyu-York – Bakı reysinin sərnişinləri tərəfindən layiqincə qiymətləndiriləcəyinə ümid edir və hər kəsi bu xidmət sinfində unudulmaz səyahətə dəvət edir.  

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı
18 Fev 2020

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.