Bahar mövsümündə xidmət yenilikləri

2015-ci il martın 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri (Bakıdan uçuş – yerli vaxtla saat 09.45, İstanbuldan uçuş – yerli vaxtla saat 12.20) 2014-cü ilin dekabr ayında “Azərbaycan Hava Yolları”nın hava gəmiləri parkına daxil olmuş Boeing-787 “Dreamliner” təyyarəsində yerinə yetiriləcəkdir.

Rahatlıq və təhlükəsizlik sahəsində ümumdünya təyyarə istehsalında əvvəllər istifadə olunmayan yeniliklərin tətbiqi sayəsində Boeing-787 ədalətli olaraq “Arzular layneri” adlandırılır.

Bu müasir tipli hava gəmisinin istismarı nəticəsində “Azərbaycan Hava Yolları” təkcə keyfiyyət cəhətdən fərqli səviyyədə rahatlıq təklif etməyəcək, həm də təqdim olunan xidmətlər spektrini genişləndirəcəkdir.

Baharın ilk günündən İstanbul reyslərinin sərnişinləri premium ekonom xidmət sinfində səyahət etmək imkanı əldə edəcəklər. Bu xidmət sinfi adi ekonom siniflə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Əlamətdar haldır ki, İstanbul artıq “Azərbaycan Hava Yolları”nın marşrut şəbəkəsində  “Premium sinifi” xidmət sinfinin tətbiq edildiyi ikinci istiqamətdir. Əvvəlki tarixlərdə elan etdiyimiz kimi, eyni xidmət sinfi aviaşirkətin Nyu-York istiqamətində yerinə yetirilən reyslərində də tətbiq edilmişdir.

Son xəbərlər

06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı
25 Noy 2019

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilmişdir

Ətraflı
21 Noy 2019

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atmışdır

Ətraflı
12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.