“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında kod-şerinq sazişi imzalanmışdır

“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında kod-şerinq sazişi imzalanmışdır.   

“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” Azərbaycanla Türkiyə arasındakı istiqamətlər üzrə 29.03.2015-ci il tarixdə qüvvəyə minəcək kod-şerinq sazişi imzalanmışdır.

“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” iki aviaşrkət arasında əməkdaşlığın miqyasını genişləndirərək kod-şerinq sazişi bağlanması haqda qərar qəbul etmişlər. Bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində “Azərbaycan Hava Yolları”-nın Bakı - İstanbul Atatürk/ Sabiha Gökçen/ Ankara istiqamətləri üzrə reyslərində “Türk Hava Yollar”-nın marketinq kodu yerləşdirəcəkdir. “Azərbaycan Hava Yolları”-nın marketinq kodu isə öz növbəsində, “Türk Hava Yolları”-nın İstanbul - Bakı / Naxçıvan / Gəncə və Sabiha Gökçen – Bakı istiqamətləri üzrə reyslərində yerləşdiriləcəkdir. Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcəkdir.

“Azərbaycan Hava Yolları”-nın vitse-prezidenti Arif Məmmədov qeyd edir ki: “Türk Hava Yolları” ilə yeni kod-şerinq sazişi əsasında əməkdaşlıq qardaş ölkə ilə münasibətlərin inkişafında mühüm mərhələdir və həmçinin müştərilərimizin təyinat məntəqələrinə komfortlu şəkildə çatmaları üçün böyük imkanlar  yaradır. Bu bizim Türkiyədəki mövqeyimizin möhkəmləndirilməsi istiqamətində atdığımız növbəti addımdır və region üzrə yeni müştərilər cəlb etməyə imkan yaradır. Biz Türkiyənin milli aviadaşıyıcısı olan, dünyanın əksər ölkələrinə və bir çox istiqamətlərə uçuşlar yerinə yetirən və  SkyTrax reytinqinə əsasən ardıcıl dörd il ərzində Avropanın ən yaxşı aviaşirkəti elan edilən “Türk Hava Yolları” ilə möhkəm əlaqələrin yaradılmasına çalışırıq.

“Türk Hava Yolları”-nın İnvestisiya və texnologiyalar üzrə rəhbəri doktor Əhməd Bolat isə öz növbəsində bildirir: Biz “Azərbaycan Hava Yolları” ilə kod-şerinq sazişini imzaladığımıza görə çox şadıq və iki qardaş ölkənin sərnişinləri üçün hər iki aviaşirkətin uçuş şəbəkəsi üzrə səyahət etmək imkanlarının artırılması məqsədilə əməkdaşlığımızı möhkəmləndirməyə səy göstəririk. Kod-şerinq sazişi kommersiya əməkdaşlığımız üçün də faydalı olacaq və müştərilər üçün yeni imkanlar yaradacaqdır. Hazırda “Azərbaycan Hava Yolları” hava gəmiləri parkını uğurla genişləndirməyə və müasirləşdirməyə davam edir və biz inanırıq ki, “Azərbaycan Hava Yolları” ilə bu əməkdaşlıq günü-gündən inkişaf edən Azərbaycanda kommersiya prespektivi baxımından hər iki aviaşirkət üçün əhəhmiyyətli dərəcədə faydalı olacaq.

***

 

“Azərbaycan Hava Yolları” haqqında:

Azərbaycan Respublikasının milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (Azerbaijan Airlines) 1993-cü ildə yaradılmışdır. Hava gəmiləri parkı 30 müasir təyyarədən ibarət olan və baza hava limanı Bakıda, “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” olan daşıyıcı Avropa, Asiya, ABŞ və MDB üzrə 57 istiqamətdə uçuşlar yerinə yetirir  və bu göstəriciləri nəzərə alaraq Qafqaz və Xəzər regionlarında qabaqcıl mövqedədir. 24 dekabr 2014-cü il tarixində dünyanın ən müasir təyyarələrindən biri olan  “Boeinq 787 Dreamliner”-i istismara verdikdən sonra “Azərbaycan Hava Yolları” Müstəqil Dövlətlər Birliyində bu tip təyyarəni istismar edən ilk aviaşirkət olmuşdur. “Azərbaycan Hava Yolları” haqqında daha ətraflı məlumatı www.azal.az veb-saytından əldə etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:

1933-cü ildə hava gəmiləri parkında sadəcə beş təyyarə ilə yaradılan, Star Alyansın üzvü “Türk Hava Yolları” bu gün dünyanın 4 ulduzlu aviaşirkətidir, hal-hazırda hava gəmiləri parkında 264 sərnişin və yük təyyarəsi var və 263 istiqamətdə (219 beynəlxalq və 43 daxili) reyslər yerinə yetirir. Skytrax araşdırmalarına əsasən “Türk Hava Yolları”  2014-cü ildə ardıcıl olaraq dördüncü dəfə  “Ən yaxşı Avropa aviaşirkəti” və ardıcıl olaraq altıncı dəfə “Cənubi Avropada ən yaxşı aviaşirkət” seçilmişdir. Yenidən Sktrax araşdırmalarına əsasən 2010-cu ildə “Ekonom-sinifdə ən yaxşı qida” və 2013-cü ildə “Biznes-sinifdə ən yaxşı qida”  nominasiyalarında mükafat qazanan «Türk Hava Yolları» bu il “Biznes-sinifdə ən yaxşı qida” və “Ən yaxşı biznes-sinif zalı qidalanması”  üzrə mükafatlara layiq görülmüşdür.  “Türk Hava Yolları” barədə daha ətraflı məlumatıwww.turkishairlines.com veb-saytında əldə etmək mümkündür.

“Star Alliance” barədə:

“Star Alliance” 1997-ci ildə aviaşirkətlərin ilk qlobal alyansı kimi yaradılmışdır və səyahətçilərə bütün dünya üzrə rahat səyahət imkanları və fasiləsiz xidmətlər təklif edir. Dünya bazarında tanınan bu alyans çoxsaylı mükafatlara, o cümlədən Skytrax və “Business Traveller” jurnalının sorğularına əsasən “Ümumdünya hava nəqliyyatı bazarının lideri” və “Ən yaxşı aviaşirkətlər alyansı” mükafatlarına layiq görülmüşdür. Alyansa üzv olan aviaşirkətlər: Adria Airways, Aegean Airlines, Air Canada, Air China, Air India, Air New Zealand, ANA, Asiana Airlines, Austrian, Avianca, Brussels Airlines, Copa Airlines, Croatia Airlines, EGYPTAIR, Ethiopian Airlines, EVA Air, LOT Polish Airlines, Lufthansa, Scandinavian Airlines, Shenzhen Airlines, Singapore Airlines, South African Airways, SWISS, TAP Portugal, Türk Hava Yolları, THAI və United. Avianca Brasil aviaşirkəti hazırda alyansa daxil olma prosesindədir. Ümumilikdə, Star Alliance hazırda 192 ölkənin 1316 hava limanına gündəlik 18500-dən çox reys həyata keçirir.

Son xəbərlər

17 İyl 2018

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülmüşdür

Ətraflı
04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı