Səyahət etməyi sevənlərə Azərbaycan Hava Yollarının yaz töhfəsi

2015-ci il may ayının 23-dən etibarən “Azərbaycan Hava Yolları” –AZAL Bakıdan Kataloniya əyalətinin inzibati mərkəzi olan Barselona şəhərinə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Reyslər şənbə günləri birbaşa uçuş yerinə yetirən sərnişinlər üçün maksimal əlverişli cədvəl üzrə Bakıdan saat 07.00-da uçuş və yerli vaxtla 09.45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək. Barselonadan uçuşlar saat 11.00-da yerinə yetiriləcək və yerli vaxtla 19.10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinifin olduğu Airbus 319 tipli təyyarələrlə göstəriləcəkdir.

Yer kürəsində turistlər tərəfindən ən çox gəzilən və Avropanın ən gözəl  şəhərlərindən biri olan Barselonaya birbaşa hava xəttinin açılması ilə AZAL öz sərnişinlərinə zəngin tarixə, bənzəri olmayan mədəniyyətə və mükəmməl mətbəxə malik olan İspaniyanı tanımağa gözəl imkan yaradır.

AZAL-ın Barcelonaya reysləri dəniz kənarında çimərlik istirahətini ən məşhur ispan əyalətinin memari və tarixi diqqətəlayiq yerləri ilə tanışlığı birləşdirməyə üstünlük verən səyahət sevənlər üçün gözəl seçimdir. 

Son xəbərlər

25 Sen 2018

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Ətraflı
21 Sen 2018

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşmüşdür

Ətraflı
18 Sen 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Ətraflı
17 Sen 2018

AZAL Cenevrəyə reysləri bərpa edir

Ətraflı
14 Sen 2018

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
13 Sen 2018

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

Ətraflı