“AZAL”dan ilk Avropa Oyunlarının qonaqlarına növbəti xoş sürpriz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 12-28 iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.

Xarici ölkə vətəndaşları ilk Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər. Qonaqlarımıza akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər etmək üçün gözəl fürsətdən istifadə etməyi təklif edirik.

Hər il Azərbaycandan dünyanın 38 ölkəsinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.

AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-na-Donu (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.

“Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.

Aviabiletləri əldə etmək, həmçinin ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə nömrələrinə və ya şəhərinizdə yerləşən “Azərbaycan Hava Yolları” satış ofislərinə müraciət edə bilərsiniz:

+(99412) 598-88-80

*8880

e-mail: callcenter@swtravel.az

Xoş uçuş arzulayırıq!

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı
19 Apr 2019

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir

Ətraflı
19 Apr 2019

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirmişdir

Ətraflı
18 Apr 2019

AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Ətraflı