Azərbaycan Hava Yolları “Skytrax”-ın nüfuzlu “4 Ulduz” reytinqinə layiq görülüb

17 iyun 2015, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) qürur hissi ilə xəbər verir ki, dünyaca məşhur və Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" Azərbaycanın milli daşıyıcısını nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. 

AZAL bu statusa Skytrax-ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb.

"Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.

Skytrax-ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 Ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında Emirates, Air France, Lufthansa, Turkish Airlines, KLM, British Airways, Japan Airlines və digər tanınmış qlobal daşıyıcılar var. İndi isə bu layiqli sırada AZAL da öz şərəfli yerini tutacaq.

Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında "4 Ulduz" reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.

"4 Ulduz" reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib.

Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.

Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri (Duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.

Hazırda AZAL bütün bu komponentlər üzrə yüksəkdədir!

Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. "Air France" və "Delta Air Lines" kimi qlobal daşıyıcılar arasında AZAL şərəfliikinci yerdədir.

Aviaşirkətə "4 Ulduz" reytinqinin və "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" mükafatının verilməsi xəbərinin İlk Avropa Oyunları müddətində gəlməsi aviaşirkətin rəhbərliyi və şirkətin bütün əməkdaşları üçün xüsusilə sevindirici haldır. Bu, şirkətin bütün heyətinin zəhmətkeş və gündəlik əməyinin, göstərilən xidmətlərin səviyyəsinin artırılması və sərnişinlərin qayğısına qalmaq üçün göstərilən daimi və yorulmaz səylərinin sübutudur.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti 

Skytrax.JPG
 

 

Son xəbərlər

04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı
04 İyn 2018

“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

Ətraflı
01 İyn 2018

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Ətraflı
31 May 2018

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Ətraflı