Azərbaycan mülki aviasiyası İlk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib

9 iyul 2015, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) qürur hissə ilə xəbər verir ki, mülki aviasiyanın bütün strukturları İlk Avropa Oyunları zamanı ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.

İyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.

Rəsmi məlumata görə, İlk Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.

Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZAL rəhbərliyinin adına daxil olan təşəkkür məktubunda qeyd edildiyi kimi, ilk Avropa Oyunlarının rəsmi ev sahibi kimi Bakı Hava Limanının qarşısında indiyə kimi qarşılaşmadığı ən böyük əməliyyat və maddi-texniki tapşırıqlar dayanırdı.

“Heydər Əliyev Beynəlxalq Hava Limanı oyunlar zamanı və oyunlardan sonra görünməmiş sərnişin sayı və baqaj həcmi ilə üzləşdi. Hava limanı nəinki qısa zaman çərçivəsində çox sayda idmançının baqajı ilə birlikdə daşınmasının həyat keçirilməsi kimi unikal tapşırıqlarla üz-üzə qaldı, həm də işinin əvvəlki kimi maneəsiz davam etməsini təmin etməli idi. Bu, Bakıya belə möhtəşəm və unudulmaz oyunlar təqdim etməyə şərait yaradan proqramda əməyi keçən hər kəsin sadiqliyi, həvəsi və ağır əməyi demək idi. Tədbirin planlaşdırılmasına çox vaxt və səy sərf olundu və indi geriyə baxarkən, sadəcə mükəmməl görülmüş bir iş görə bilərik. Nəticə səmərəli, yaxşı planlaşdırılmış, gözəl koordinasiya olunmuş və resurslarla yaxşı təmin olunmuş işdən xəbər verir. Bakıda oyunların keçirilməsi təcrübəsi müsbət oldu və heç bir şübhə yoxdur ki, hava limanı oyunların vacib məqsədlərinin öhdəsindən gəldi və oyunların uğurlu keçirilməsinə öz töhfəsini verdi” - deyə BEGOC-un məktubunda deyilir.

Qeyd etmək lazımdır ki, ümumi sahəsi 65 min kvadrat metr olan yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.

 

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış beynəlxalq reytinq agentliyi "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.

 “Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidməti 

Son xəbərlər

09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı
19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı