“Azərbaycan Hava Yolları” təyyarələrində yeni elit xidmət sinfi tətbiq edir

9 iyul 2015, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) xəbər verir ki, 10 iyul 2015-ci il tarixindən etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni elit xidmət sinfi - “biznes-lüks” tətbiq ediləcək.

“Biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi “biznes-klass” xidmətləri ilə yanaşı, aşağıdakı üstünlüklərdən yararlanacaqlar:

- əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu;

- xüsusi səyahət dəstləri;

- uzun məsafəli uçuşlarda pijama;

- uşaqlar üçün hədiyyələr və s.

İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.

Ümid edirik ki, yeni xidmət səviyyəsi Sizin "Azərbaycan Hava Yolları" ilə səyahətinizi daha rahat və xoş edəcək!

“Biznes-lüks” xidmət sinfinə yuxarıda sadalanan istiqamətlər üzrə aviabiletlər almaq və daha ətraflı məlumat əldə etmək üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:

(+99412) 598-88-80

*8880

e-mail: CallCenter@azal.az

və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət edə bilərsiniz.

 

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

 

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.

“Azərbaycan Hava Yolları” QSC-nın mətbuat xidməti 

Son xəbərlər

06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı
25 Noy 2019

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilmişdir

Ətraflı
21 Noy 2019

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atmışdır

Ətraflı
12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.