Ekspress avtobus Heydər Aliyev Beynəlxalq Aeroportundan şəhərin mərkəzinə

5 Fevral 2016, 11:24

Hörmətli sərnişinlər!Məlumat üçün bildiririk ki, Heydər Əliyev Beynəlxalq Havalimanından şəhər mərkəzi istiqamətində Bakubus MMC-nin yüksək konfortlu avtobusları  ekspress xət üzrə  fəaliyyətə başlamışdırlar. Ekspress avtobuslar səhər saat 06:00-dan gecə saat 0:00-a dək Havalimanı – 28 May metro stansiyası  və əks istiqamətdə  Koroğlu metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.  Bakubus-un ekspress avtobuslarından istifadə etmək üçün  Havalimanın 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərsiniz.